Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Nəsillərə örnək olan şərəfli ömür yolu” mövzusunda konfrans keçirilmişdir

10 aprel 2013 | 15:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş yubiley tədbirləri çərçivəsində aprelin 9-da Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Nəsillərə örnək olan şərəfli ömür yolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Filialın müəllim və tələbələrinin, ziyalıların iştirak etdikləri konfransı filialın direktoru Rafiq Rəsulov açaraq ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılması, qorunması və inkişaf etdirilməsi sahəsindəki misilsiz tarixi xidmətlərindən danışmış, ulu öndərin 90 illiyi ilə əlaqədar bu təhsil ocağında keçirilən silsilə tədbirlər barədə məlumat vermişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Konfransda filialın müəllimi, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqovun “Azərbaycanın qlobal dünyaya inteqrasiyasında Heydər Əliyevin rolu” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, XX əsrdə Azərbaycan xalqının ən parlaq simalarından olan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkədə demokratik dövlət quruculuğuna həsr etmişdir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Ulu öndərin təyin etdiyi yeni xarici siyasət kursu Azərbaycana beynəlxalq aləmdə nüfuz və şöhrət qazandırmışdır. Bunun nəticəsi olaraq Azərbaycan dünyanın bütün aparıcı ölkələrinin maraq mərkəzinə çevrilmiş, beynəlxalq və regional əməkdaşlıq sahəsində mühüm rol oynamağa başlamış, investisiyaların axışdığı ən cəlbedici ölkələrdən biri kimi tanınmışdır. Qlobal dünya ilə müsbət inteqrasiya nəticəsində Azərbaycanda demokratiya inkişaf etmiş, xalqın yaşam səviyyəsi yüksəlmiş, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunmuşdur.
Konfransda, həmçinin “Azərbaycan dilinin inkişafına dövlət qayğısı Heydər Əliyevin milli-mənəvi dəyərlər konsepsiyasının tərkib hissəsi kimi”, “Heydər Əliyevin ideya-nəzəri irsində azərbaycançılıq milli mənlik şüuru və həmrəyliyin ideoloji əsası kimi”, “Ən yeni tariximizin Heydər Əliyev mərhələsi” və digər mövzularda məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.

Keçidlər