Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin taxıl sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri gücləndirilib

12 yanvar 2018 | 03:01

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2018-ci ilin məhsulu üçün 67 min 121 hektar sahədə payızlıq taxıl əkilib. Səpin zamanı aqrotexniki qaydalara ciddi əməl olunub, nəticədə sahələrdə yaxşı bitiş alınıb. Lakin son zamanlar havaların mülayim və quraq keçməsi səbəbindən bəzi təsərrüfatların taxıl sahələrində ziyanvericilər çoxalıb. Bununla əlaqədar olaraq, Şəki rayon Bitki Mühafizə Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar tədbirlərə başlanılıb. İndiyədək 8560 hektar sahədə siçanabənzər gəmiricilərə, 6750 hektar sahədə taxıl böcəyinə, 3500 hektar sahədə məftil qurdlarına, 1800 hektarda isə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib və bu iş davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə mərkəzin rəisi Tələt Mehdiyev məlumat verib.
Qurum rəsmisinin məlumatına görə, indiyədək 35 min hektar taxıl sahəsinə mineral və 15 min hektar sahəyə üzvü gübrə verilib, 2800 hektar sahədə suvarma işləri aparılıb. Yaz aylarında isə sahələrə yemləmə gübrəsinin verilməsinə başlanılacaq.

Keçidlər