Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Qadınlar Şurasının konfransı keçirilmişdir

12 aprel 2013 | 15:00

Aprelin 11-də Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Qadınlar Şurasının II konfransı keçirilmişdir.
Təşkilatın fəal qadın üzvlərinin, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri YAP Şəki təşkilatının sədri Həsən Həsənov açaraq qadınların cəmiyyətimizin fəal üzvlərinə çevrildiyini bildirmiş, rayonun ictimai-siyasi və mədəni həyatında qadınların fəal mövqeyindən bəhs etmişdir. Bildirilmişdir ki, konfransda 102 ərazi ilk partiya təşkilatından seçilmiş 281 nəfər nümayəndə iştirak edir. Konfransın gündəliyinə təşkilatın qadınlar şurasının fəaliyyəti barədə hesabat, şuranın yeni tərkibinin və YAP Qadınlar Şurasının Respublika konfransına nümayəndələrin seçilməsi ilə bağlı məsələlər daxil edilmişdir.
Partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
     YAP Şəki təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadovanın hesabat məruzəsində qurumun əvvəlki konfransdan ötən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilmişdir. Qeyd olunmuşdur ki, qadınlar milli dövlət quruculuğunun ən müxtəlif sahələrində əzmlə çalışır, böyük xidmətlər göstərir, ölkədə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər. Fərəhli haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu daim dəstəkləyən, onun fikir və ideyalarının daşıyıcısı olan 10 min nəfərdən artıq insanı öz ətrafında birləşdirən YAP Şəki təşkilatında ötən dövr ərzində qadın üzvlərin sayı artaraq 4 min 976 nəfərə çatmışdır. Onlar partiyanın proqram və nizamnaməsində müəyyən olunmuş məqsəd və vəzifələrin həyata keçirilməsində yaxından iştirak edir, demokratik cəmiyyətin bərabərhüquqlu üzvü kimi çıxış edirlər. Şura xalqımızın milli və tarixi xüsusiyyətlərini nəzərə almaqla, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi işinə qadınları daha fəal cəlb etmək üçün məqsədyönlü iş aparır. Şuraya müraciət edən hər bir qadının məsələsinə həssaslıqla yanaşılır, problemlərinin həllinə köməklik göstərilir.
     Konfransda təşkilati məsələlərə də baxılmış, şuranın 13 nəfərdən ibarət yeni tərkibi müəyyənləşdirilmişdir. Zərinə Cavadova yenidən YAP Şəki təşkilatı Qadınlar Şurasının sədri seçilmişdir. Konfransda həmçinin, YAP Qadınlar Şurasının Respublika konfransına nümayəndələr seçilmişdir.
    Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər