Bu il Şəkidə 900 hektar sahədə tütün əkilməsi planlaşdırılır
31 yanvar 2018 | 09:01
Bu il Şəkidə tütün əkini sahələrinin keçən ilə nisbətən 57 hektar artırılaraq 900 hektara çatdırılması nəzərdə tutulur.
Tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi şəkili fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. 2017-ci ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar genişləndirilərək 843 hektara çatdırılıb. Şəkili fermerlər keçən il 2 min 631 ton quru tütün istehsal ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 190 ton artıb. Ötən il Şəkidə tütünçülük sahəsində iki minə yaxın mövsümi işçi çalışıb.