Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ahıl və tənha qocalar üçün sağlamlıq və istirahət mərkəzi tikiləcək

18 fevral 2018 | 08:02

“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu əlillərin və aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə Şəki şəhərində yeni layihə həyata keçirməyi planlaşdırır. Layihə çərçivəsində Şəkidə ahıl və tənha qocalar üçün 100 çarpayılıq sağlamlıq və ailəvi istirahət mərkəzinin tikintisi nəzərdə tutulur. Bu məqsədlə fonda uzunmüddətli icarə qaydasında 1,58 hektar torpaq sahəsi ayrılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyətinin memarlıq və tikinti şöbəsindən məlumat verilib.
Yeddi mərtəbəli binanın birinci mərtəbəsində qeydiyyat bölməsi, qəbul, həkim və müalicə otaqları, digər mərtəbələrdə isə istirahət və yataq otağı olan iki nəfərlik nömrələr yerləşəcək. Binada, həmçinin 40 nəfərlik kiçik kinoteatr və stolüstü oyunlar zalı, kafe də fəaliyyət göstərəcək.
Hazırda tikintinin layihələndirilməsi və sənədləşmə işləri aparılır.

Keçidlər