Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı “Dolmabaxçalar” məhəlləsinin sakinləri ilə görüşüb

16 mart 2018 | 01:03

Martın 14-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin “Dolmabaxçalar”  məhəlləsində səyyar qəbul keçirib.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak ediblər.
Görüşün əvvəlində Şəki şəhərində görülən işlərdən söz açılmış, həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Sonra məhəllə sakinləri Rövşən Çələbiyev, Nizami Məmmədov, Aman Səmədov və başqaları çıxış edərək məhəllədə yerləşən V.Səlimov küçəsinin işıqlandırılmasını, Arxüstü küçəsində bir neçə yerdə işıq dirəklərinin qoyulmasını, ərazidəki küçələrdə dağılmış asfalt örtüyün bərpasını və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər