Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsinin zona turu keçirilmişdir

16 aprel 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsinin növbəti zona turu aprelin 15-də Şəki şəhərində keçirilmişdir.
   Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq ənənəvi olaraq keçirilən bu müsabiqə ölkəmizdə zəngin xor mədəniyyətinin qorunub saxlanması və inkişaf etdirilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, habelə uşaq incəsənət və musiqi məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.
   Müsabiqənin zona turunda Şəki şəhəri, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarını təmsil edən 10 kollektiv iştirak etmişdir.
   Kollektivlərin hər biri iki və daha çox səsli 4 əsər təqdim etmişlər. Dövlət xor kapellasının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru, Xalq Artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi münsiflər heyətinin üzvləri kollektivlərin hər bir çıxışını diqqətlə dinləmiş, irad və tövsiyələrini bildirmişlər.
   Münsiflər heyətinin tərkibinə, həmçinin Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti Aqil Qafulov daxil olmuşlar.
   Münsiflər heyətinin rəyinə əsasən, zona turunda fərqlənən ən yaxşı kollektivlər müsabiqənin final mərhələsində iştirak edəcəkdir.

Keçidlər