“Ölkəmizi tanıyaq” tur aksiyasına Şəkidən qoşulacaq iştirakçıların yola salınması münasibətilə təntənəli tədbir keçirilib
Martın 17-də “Ölkəmizi tanıyaq” tur aksiyasına Şəkidən qoşulacaq iştirakçıların yola salınması münasibətilə təntənəli tədbir keçirilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin şagirdlərinin iştirakı ilə keçirilən “Ölkəmizi tanıyaq” devizi altında növbəti maarifləndirici tur-aksiyalara start verilib. Bu dəfə keçirilən aksiya 9-dur.
Bildirilib ki, tur-aksiyanın birinci mərhələsi artıq başlayıb və 19-dək davam edəcək. İkinci mərhələ 26-29 mart tarixlərində keçiriləcəkdir. Martın 26-da isə Şəki şəhərindən olan 45 nəfər məktəbli Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya qoşulacaqlar.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova tur-aksiyanın mahiyyəti, onun gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində rolu barədə danışıb.
Daha sonra şəhər ziyalıları adından Rafiq Səmədov, valideyn Elmira Mehdiyeva çıxış edərək şagirdlərə yaradılan şəraitə görə ölkə başçısna minnətdarlıqlarını ifadə ediblər.
Tədbirə yekun vuran şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov məktəblilərə xoş arzularını bildirib və yaxşı yol arzulayıb.