Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilmişdir

17 aprel 2013 | 15:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş yubiley tədbirləri çərçivəsində aprelin 16-da Şəki Dövlət Rəsm Qalereyasında rəsm sərgisi təşkil olunmuşdur.
    Sərgidə Şəki Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin rəsm əsərləri nümayiş etdirilmişdir.
   60-a yaxın rəsm əsərinin nümayiş etdirildiyi sərgi tamaşaçıların böyük marağına səbəb olmuşdur. Sərginin açılışında çıxış edənlər belə sərgilərin gənc nəslin nümayəndələri arasında təsviri sənətə marağın artmasına səbəb olduğunu vurğulamışlar. Bildirilmişdir ki, məqsəd milli-mədəni irsimizi qorumaq, istedadlı uşaqları üzə çıxarmaq, onlar üçün imkanlar yaratmaqdır.
   Sərgi  bir ay  davam edəcəkdir.

Keçidlər