Şəki Şəhər İcra Hakimiyyətinin başçısı “Fətəli” məhəlləsinin sakinləri ilə görüşüb
Aprelin 12-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin “Fətəli” məhəlləsində səyyar qəbul keçirib.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak ediblər.
Görüşün əvvəlində ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunulub, icra başçısı Azərbaycan Respublikası Prezidentinin seçkilərində cənab İlham Əliyevi inamlı qələbəsi münasibətilə bütün şəkililər adından təbrik edib.
Sonra Şəki şəhərində görülən işlərdən söz açılıb həyata keçirilən layihələr barədə məlumat verilib.
Məhəllə sakinləri Mehman Əliyev, Adil Əsgərov, Ayğün Mahmudova və başqaları çıxış edərək ərazidə su-kanalizasiya xətlərinin çəkilişi zamanı dağılmış asfalt örtüyün və səki daşlarının bərpası, “Qurcana” çayının hövzəsinin təmizlənməsi, 5 saylı uşaq bağçasının əsaslı təmiri və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.