Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubleyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib

01 may 2018 | 09:04

Aprelin 30-da Şəki Şəhər İcra Hakimiyyətinin və AMEA Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Unversitetinin Şəki filialında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubleyinə həsr edilən “Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və layaqət tariximiz“ mövzusunda elmi-nəzəri konfrans keçirilib.
     Tədbiri giriş sözü ilə açan Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirib ki, xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması respublikamızın bu gün müstəqil dövlət kimi mövcudluğunun əsasını təşkil edir. Cümhuriyyət bayramı ilə əlaqədar Şəkidə də bir sıra konfrans və görüşlərin keçiriləcəyini bildirən Zərinə Cavadova onu da diqqətə çatdırıb ki, keçirilən bütün tədbirlərin yekununda məruzə və çıxışlar toplu halında dərc olunacaq.    
    Konfransda AMEA Şəki Regional Elmi Mərkəzi direktoru Yusif Şükürlü  çıxışında Xalq Cümhuriyyətinin elan edilməsi ərəfəsində baş vermiş hadisələrdən danışıb. Qeyd edilib ki, 1918-ci ilin martından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanıb. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetiriib. Konfransda həmçinin Cümhuriyyət zamanında maarifçilik və elm-təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışılıb.
   Digər çıxış edənlər bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən biridir. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Cümhuriyyətin dövlətçilik ənənələri uğurla davam etdirilir.

Keçidlər