Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə faşizm üzərində qələbənin 73-cü ildönümü qeyd olunub

10 may 2018 | 03:05

Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə şəhər rəhbərliyinin müharibə veteranları ilə görüşü keçirilib.
“Yuxarı Karvansaray” mehmanxana kompleksində bayram süfrəsi arxasında keçirilən görüşdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov  müharibə iştirakçılarını faşizm üzərində Qələbənin ildönümü münasibətilə təbrik edib, faşizm üzərində Qələbənin qazanılmasında azərbaycanlıların göstərdikləri misilsiz igidlik və qəhrəmanlıqları, respublikamızın bu müharibədə təkcə canlı qüvvə ilə deyil, təbii resursları ilə də fəal iştirak etdiyini faktlarla nəzərə çatdırıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Qələbə Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir, müharibə veteranlarına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir.
     İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin əldə edilməsində şəkililərin də xidmətləri olduğu vurğulanıb. Qeyd olunub ki, hazırda Şəkidə 9 nəfər müharibə veteranı var.
     Tədbirdə digər çıxış edənlər Qələbənin ildönümləri münasibətilə hər il ölkə miqyasında keçirilən bayram tədbirlərinin dövlətimizin başçısı tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğının təzahürü olduğu diqqətə çatdırmışlar.
Bayram tədbiri şəhər musiqi məktəbələrinin və yerli incəsənət ustalarının hazırladıqları konsert proqramı ilə davam edib. Sonda müharibə iştirakçılarına maddi yardım göstərilib.

Keçidlər