Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Şəkidə böyük təntənə ilə qeyd olunur

11 may 2018 | 02:05

Mayın 9-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Şəki şəhərində silsilə tədbirlər keçirilmişdir.
Şəhərin müxtəlif ərazilərində - Qala Divarlarının içərisində, “Yuxarı Karvansaray”da,  “ARB Şəki” televiziya kanalının qarşısında, “Şəki İpək” ASC-nin yanında, Şəki Dövlət Dram Teatrının qarşısında və Bəxtiyar Vahabzadənin büstünün qarşısındakı meydanda ayrı-ayrı musiqi ansambllarının, rəqs və teatr kollektivlərinin, idmançıların çıxışları, rəsm sərgisi, satış-yarmarkalar təşkil olunmuş tələbələr tərəfindən flaşmob keçirilmişdir.
Axşam saatlarında isə “Marxal” müalicə-istirahət kompleksində möhtəşəm  bayram konserti təşkil olunmuşdur.
Bayram konsertindən əvvəl çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs edib. O bildirib ki, 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, əsl liderlik keyfiyyətləri sayəsində xalqımız və dövlətimiz böyük bəlalardan və təhlükələrdən xilas oldu. Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik və sosial ədalət prinsipləri bərpa edildi. Dahi rəhbərin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin beynəlxalq nüfuzu sürətlə artır.
Konsertdə Türkiyəli məşhur müğənni Pətək Dinçöz Şəki sakinlərinin qarşısında çıxış etmişdir. Onunla birlikdə səhnəni yerli müğənnilər Lətifə Soyuöz, Damla, Dana Durdana, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu, Əbdül Xalid, Aysel Əlizadə və reper Qurd bölüşdürmüşdür. Konsertdə aparıcılığı şoumen Murad Dadaşov etmişdir.

Keçidlər