Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Şorsu kəndində səyyar qəbul keçirilib

26 may 2018 | 09:05

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 24-də Şəkinin Şorsu kəndinin sakinləri ilə görüşmüşdür.
Qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Qəbulun əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuş, həmçinin Şəki şəhərində həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Kənd sakinləri Nadir Şabanov, Osman Sultanov, Əfəndi Salahov, Ələddin Xancanov      və başqaları çıxış edərək kəndin şərq hissəsində subartezian quyusunun qazılması, kəndə qalxan bir kilometr uzunluğunda yolun asfatlaşdırılması, içməli su probleminin həlli, torpaqların suvarılmasına köməlik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər