Şriftin ölçüsü :

Saytın rəngi :

Tacikistanın Azərbaycandakı səfiri Şəki şəhərinə səfər edib

25 may 2018 | 09:05

Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev mayın 23-də tanışlıq məqsədilə Şəki şəhərinə səfər edib.
Səfər çərçivəsində səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Görüş zamanı icra başçısı qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Festivallar şəhəri kimi tanınan Şəkidə il ərzində müxtəlif beynəlxalq səviyyəli festivallar keçirilir.
Səfir Rustam Soliyev bildirib ki, birinci dəfədir ki, Şəkiyə səfər edir. Diplomat Şəkidə olmağından məmnun olduğunu, qədim tarixi olan Şəkinin onda yüksək təəssürat oyatdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.
Şəkiyə səfəri çərçivəsində səfir Rustam Soliyev Şəki Xan Sarayı, Kiş kəndindəki Alban məbədi ilə tanış olub, digər tarix və mədəniyyət abidlərinə baş çəkib.

Keçidlər