Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə keçirilən futzal üzrə “Şəki kuboku-2018” turniri başa çatmışdır

30 may 2018 | 01:06

 

Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki təşkilatının və şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildünümünə və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki kuboku-2018” turniri başa çatmışdır.
     Turnirdə Şəki rayonu əraizisində fəaliyyət göstərən 29 təşkilatı təmsil edən 21 komanda iştirak etmişdir. 18 gün davam edən, gərgin idman mübarizəsi və dostluq şəraitində keçən turnirin qalibi finalda Ədliyyə Nazirliyinin yerli təşkilatlarını təmsil edən "Ədliyyə" komandasını 3:1 hesabı ilə məğlub edən Əmlak Məsələləri Dövlət Komitəsinin yerli təşkilatlarının "Əmlak" komandası olmuşdur. Turnirdə üçüncü yeri Şəki Şəhər-Rayon Polis şöbəsinin komandası, dördüncü yeri isə Şəki Şəhər Təhsil Şöbəsinin komandası tutmuşdur.
     Turnirin sonunda YAP Şəki təşkilatının rəhbərliyi tərəfindən qaliblərə kubok, diplom və hədiyyələr verilmişdir. Bundan əlavə turnirin "ən yaxşı oyunçusu" və "ən yaxşı qapıçısı" nominasiyasının qaliblərinə də diplom və xatirə hədiyyəsi təqdim olunmuşdur.

Keçidlər