Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir
Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə DSX Şəki Sərhəd Dəstəsinin rəisi polkovnik-leytenant Səmid Cəfərov açmışdər. O, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki rolunu yüksək qiymətləndirmişdir. Sonra “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarı, ordu quruculuğunun banisidir” və “Heydər Əliyev - Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzularında məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Çıxış edənlər Sərhəd Qoşunlarının, DSX-nin, sərhəd məntəqələrin yaradılmasında, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, sərhədçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasında böyük öndər Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, Ulu Öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir.
Bildirilmişdir ki, bu gün ulu öndər Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuş, regionda lider dövlətə çevrilmişdir.
Tədbirin sonunda şəhər 11 №-li orta məktəbin şagird kollektivi Ulu Öndərə həsr olunmuş əbədi-bədii kompozisiya ilə çıxış etmişdir.