Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə taxıl biçininə 100-dən çox kombayn cəlb ediləcək

02 iyun 2018 | 02:06

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 67 min 121 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 487 hektar artırılıb. Şəki taxılçıları builki mövsümdə sahələrdən 225 min tona yaxın məhsul götürməyi qarşılarına məqsəd qoyublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurumun rəsmisi deyib ki, taxılçılar bu məsul kampaniyaya ciddi hazırlaşıblar. Taxıl biçini üçün bütün zəruri hazırlıq işləri görülüb. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Ümumilikdə, biçin kampaniyasına 108 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Onların 80 ədədi son illərdə alınan təzə, 28-i isə istifadəyə yararlı vəziyyətdə olan köhnə kombaynlardır. Biçin kampaniyasına, eyni zamanda, 74 ədəd küləşpresləyən aqreqat, 235 ədəd şum traktoru, 300-dək yük maşını, traktor və qoşqu, həmçinin 5 ədəd yanğınsöndürən və 9 ədəd su maşını cəlb olunacaq.
Təsərrüfatlarda taxıl biçininə iyunun əvvəllərində başlanılması nəzərdə tutulur.
Ötən il şəkili fermerlər 66 min 634 hektar taxıl sahəsindən 214,1 min ton məhsul götürüblər.

Keçidlər