Şəki Şəhər İcra Hakimiyyətinin başçısı “Qışlaq” məhəlləsinin sakinləri ilə görüşüb
İyunun 7-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin “Qışlaq” məhəlləsində səyyar qəbul keçirib.
Qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək əvvəlcə ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunub, sonra Şəki şəhərində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Məhəllə sakinləri Xurmayə Məmmədşərifova, Abdulla Abdullayev, Mustafa Abdullayev və başqaları çıxış edərək 2 saylı avtobus marşrutunun şəhərin bazar hissəsinə qədər uzadılması, ərazidə yerləşən ATS-ə məxsus rabitə dirəyinin dəyişdirilməsi, 11 saylı tam orta məktəbin yeni tədris binasının tikintisinə köməklik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.