Şəkidə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Şahmat-Əlifba” adlı əyləncəli-idman tədbiri keçirilmişdir
24 aprel 2013-cü il tarixdə Şəki şəhər 20 №-li tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Şahmat-Əlifba” adlı əyləncəli-idman tədbiri keçirilmişdir. Tədbirin əsas iştirakçıları ikinci sinif şagirdləri olmuşlar. Şagirdlər şahmat oyunu haqqında maraqlı məlumatlar vermiş, onun tarixi haqqında danışmışlar. Şahmata aid şeirlər və mahnılar səslənmişdir.
Tədbirdə doğma respublikamızda şahmat idman növünə göstərilən dövlət qayğısından geniş söz açılmışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə bu sahəyə xüsusi diqqət göstərilmiş və Azərbaycan şahmatçları həmişə yüksək nəticələr qazanmışlar. Bu qayğı və diqqət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilir.