Şəkinin Qoxmuq kəndində səyyar qəbul keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 28-də Şəkinin Qoxmuq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Qəbulun əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuş, həmçinin Şəki şəhərində həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Kənd sakinləri Gülməmməd Salamov, Məmmədəli Hümmətov, Zeynəb Məmmədova və başqaları çıxış edərək kəndin mərkəzi yolunun asfaltlaşdırılması, yeni yaşayış massivinə qaz və elektrik xətlərinin çəkilməsi, kəndin içməli su probleminin həllinə və “Əyricay” su anbarından kəndin 400 ha yaxın əkin sahələrinin suvarılması üçün xətt çəkilməsinə köməklik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.