Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində X Beynəlxalq Simpozium işini başa çatdırıb

01 iyul 2018 | 03:07

Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Simpoziumu iyunun 30-da öz işini başa çatdırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən simpozium “Məqam/muğam ənənələri və müasir dünyada qlobal dəyişikliklər” mövzusuna həsr olunub.
Simpoziumun ikinci günü Özbəkistan Elmlər Akademiyasının Elmi-tədqiqat İncəsənət İnstitutunun əməkdaşı Dilorom Karomat “Hindistan musiqi mədəniyyətində Maqam və Raqa arasındakı qarşılıqla əlaqə haqqında”, Yunanıstanın Epirus Texnologiya İnstitutunun Ənənəvi musiqi fakültəsinin əməkdaşı, ICTM-in üzvü Markos Skoulios “Osmanlı-Türk maqamının və Hindistan Raqa modal sistemlərinin müqayisəsi”, Rusiyanın Dövlət Elmi Tədqiqat İncəsənət İnstitutunun əməkdaşı Gültəkin Şamilli “Dəstgahı necə qorumaq olar? Təcrübənin və nəzəriyyənin tədqiqi” mövzularında məruzələr ediblər. Simpoziumda, həmçinin azərbaycanlı alim, AMEA Memarlıq və İncəsənət İnstitutunun təmsilçisi Sürayə Ağayevanın “Muğamat/maqamat sənəti müsəlman Şərq alimlərinin tədqiqatlarında” mövzusunda məruzəsi dinlənilib.
Diskussiya şəraitində keçən müzakirələrdən sonra simpozium iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Keçidlər