Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Mahir nişançı” devizi altında zona birinciliyi

26 aprel 2013 | 15:00

25 aprel 2013-cü il tarixdə “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Şəki şəhər filialında Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar  “Mahir nişançı” devizi altında tüfəngdən atıcılıq turnirinin zona birinciliyi keçirilmişdir.
     Yarışın məqsədi “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin tədris binalarında hərbi kontingent üzrə təhsil alan müdavimlərə silahla davranma, nişan alma və atəş açma qaydalarının öyrədilməsi, eyni zamanda güllə atıcılığına marağın artırılması olmuşdur.
    Yarış iştirakçıları əvvəlcə şəhər icra hakimiyyətinin binası qarşısında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar. “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Şəki şəhər filialında davam edən tədbirdə əvvəlcə çıxışlar olmuş, sonra  iştirakçılara yarış haqqında məlumat verilmişdir.  Yarışda “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Şəki, Balakən və Zaqatala filiallarının komandaları iştirak etmişdir. Komandaların tərkibi üç nəfərdən ibarət olmuşdur.
     Komandaların hər bir üzvünə atəş üçün 5 qırma(diablo)  verilmiş və atəş pnevmotik silahla həyata keçirilmişdir. Komanda hesabına Şəki komandası 65 xalla birinci, Zaqatala komandası 60 xalla ikinci, Balakən komandası 51 xalla üçüncü yeri tutmuşdur. Fərdi yarışlarda Şəki şəhər filialının müdavimləri 32 və 28 xalla birinci və ikinci yeri bölüşdürmüşlər. Üçüncü yerə Balakən şəhər filialının müdavimi sahib olmuşdur.
    Yarışın sonunda I, II və III yerlərə layiq görülmüş komandalara, eləcə də yüksək xal toplamış müdavimlərə diplom, medal və qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər