Şəki taxılçıları bu günədək zəmilərdən 170 min tona yaxın məhsul toplayıblar
06 iyul 2018 | 02:07
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 66,7 min hektar sahənin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda rayonun təsərrüfatlarında taxıl biçini yüksək sürətlə davam etdirilir. Bu günədək 52 min hektardan çox zəminin məhsulu biçilib, 169 min 121 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,5 sentner təşkil edir. Tədarük olunan taxılın 104 min 126 tonu buğda, 64 min 995 tonu arpadır.
Hələlik rayonun təsərrüfatlarında 14 min hektardan çox biçilməmiş taxıl sahəsi qalıb. Hazırda sahələrdə 80 ədəd taxılbiçən kombayn işləyir. Şəkili fermerlər qalan məhsulun da sahələrdən tez və itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.