Şəkinin Baş Zəyzid kəndində səyyar qəbul keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 5-də Şəkinin Baş Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Qəbulun əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuş, həmçinin Şəki şəhərində həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Kənd sakinləri Əli Abdulsəmədov, İsmayıl Lətifov, Bədrəddin Nəsibov və başqaları çıxış edərək kəndin şimal hissəsində içməli su probleminin həlli məqsədilə subartezian quyusunun qazılması, kəndin mərkəzi yolunun təmiri və yeni inşa olunan tam orta məktəbə qədər olan yolun asfaltlaşdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.