Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki teatrında türkiyəli dramaturqun əsəri səhnələşdirilir

11 iyul 2018 | 07:07

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında türk dramaturqu Bayazit Gülercanın “Dəniz küləyi lodos” pyesi üzərində məşqlərə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın 2018-ci il üçün repertuar planına daxil edilən tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır.
Tamaşada əsas rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, İqrar Salamov, Akif Yusifov, aktyorlar Orxan Həmidli, Lalə Məmməd, Nərmin Abbasova, Xəyal Salahov və başqaları ifa edirlər.
Əsər dəniz sahili bir şəhərdə balıqçılar məhəlləsində köhnə evlərdə yaşayan qonşuların tikinti şirkətlərinin təzyiqlərinə baxmadan sözü bir yerə qoyaraq, köçməyəcəklərinə qərar vermələri haqqındadır. Lakin zaman keçdikcə ehtiyac bu ailələri sözlərindən imtina etməyə məcbur edir. Ailələrin özünəməxsus dramları, şəxsi həyatların təsviri, dostluq, sədaqət, anlayış, məhəllə ənənələri, münaqişə və mübahisələr əsərin ümumi mənzərəsini təşkil edir.

Keçidlər