Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə təntənəli tədbir keçirilib

11 iyul 2018 | 09:07

Şəkili gənclər Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.
Bu fikir çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə iyulun 10-da Şəki şəhərində keçirilən təntənəli mərasimdə səsləndirilib.
Şəhər rəhbərliyi və tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Yalçin Sadıqlı çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti öz gözəl bəhrəsini verməkdədir. Ordumuzun dünyanın ən qabaqcıl ordusu kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülür. Doğma Vətənimizin bir qarış torpağının belə düşmən tapdağında qalmaması üçün Silahlı Qüvvələrin şəxsi heyəti daim döyüş əzmini möhkəmləndirir, ordumuz ən müasir döyüş texnikaları ilə təchiz olunur. Məhz göstərilən dövlət qayğısının nəticəsidir ki, indi Azərbaycan ordusu ən çətin döyüş tapşırığını belə yerinə yetirməyə tam qadirdir.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müstəqil Azərbaycanın Milli Ordusunda xidmət etməyin çöx müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib, gənclərə şərəflə xidmət etməyi, Vətənin keşiyində möhkəm dayanmağı tövsiyyə edib, sağ-salamat evə qayıtmalarını arzulayıb.
Hərbi xidmətə yollanan gənclər Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Məktəblilərin təqdim etdiyi bədii proqramdan sonra gənclər təntənəli marşın sədaları altında üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola düşüblər.

Keçidlər