Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

14 iyul 2018 | 08:07

2018-ci ilin birinci yarısında ilkin hesablamalara görə faktiki qiymətlərlə 216 milyon 375 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 126 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi isə özəl bölmənin payına düşür.  2018-ci ilin birinci yarısında Şəki rayonunda 703 yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi iş yerləridir.
     Bu barədə 2018-ci ilin birinci yarısının yekunları ilə bağlı iyulun 13-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə məlumat verilib.
     Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində 2018-ci ilin birinci yarısında rayonda sosial-iqtisadi sahədə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
     Bildirilib ki, hesabat dövründə rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı üçün ənənəvi sahələrdən hesab olunan taxılçılıq, baramaçılıq, tütünçülük və heyvandarlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayon ərazisində taxıl istehsalçıları tərəfindən ötən iln payızında əkilmiş 66774 hektar taxıl sahəsində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün zəruri tədbirlər görülüb. Artıq rayonda 57 min hektar taxıl sahəsi biçilmiş, 188 min ton məhsul istehsal edilmiş, orta məhsuldarlıq 33 sentner təşkil etmişdir. Rayonda barama istehsalında dinamik inkişaf təmin edilir. Belə ki, 2016-cı ildə rayonda 9,7 ton, 2017-ci ildə 17,9 ton barama istehsal edilmişdisə, bu il 48,2 ton barama istehsal olunmuşdur. 2018-ci ildə isə 877 hektar sahədə tütün əkilmişdir.
     Qeyd olunub ki, cənab Prezidentimizin  tapşırıq və tövsiyəsinə uyğun olaraq rayonun  Bolludərə, Qaratorpaq və Sarıca kəndləri ərazisində ən əri Aqroparklardan biri yaradılıb.
    Məruzədə, həmçinin hesabat dövründə rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, təməli cənab Prezidentimiz tərəfindən qoyulmuş Heydər Əliyev Mərkəzinin tikintisi işi sürətlə aparılır. Ərazidə həmçinin Heydər Əliyev Parkı , Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın da inşası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhəri Zərifə Əliyeva küçəsində “ASAN həyat” kompleksinin tikintisi davam etdirilir. Yuxarı Baş tarix memarlıq qoruğunda qala divarları ilə əhatə olunmuş ərazidə “ASAN” layihəsinin bir qolu olaraq “ABAD” keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərməsi üçün binada yenidənqurma işləri tamamlanmışdır. “Azəravtoyol” ASC-nin sifarişi ilə Şəki - Kiş kəndi - Marxal istirahət zonasına gedən umumi uzunluğu 7,2 km olan avtomobil yolunun tikintisi aparılmışdır.
    Müşavirədə 2018-ci ilin birinci yarısında əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər ətraflı təhlil olunub. Diqqətə çatdırılıb ki, Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində su anbarları tikilir və layihənin III mərhələsi üzrə şəhərdaxili su və kanalizasiya şəbəkə xətləri tikintisinin bir hissəsi aparılır.
    İclasda, həmçinin müddət ərzində vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

Keçidlər