Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Şin kəndində səyyar qəbul keçirilib

03 avqust 2018 | 01:08

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 2-də Şəkinin Şin kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidentinin  Administrasiyasının məsul işçisi Rüfət Əliyev, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Qəbulun əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuş, həmçinin Şəki şəhərində həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Kənd sakinləri Əşrəf Surxayev, Bəşir Əfruzanov, Nəsimi  Əhmədov, Mərcan İsmayılova və başqaları çıxış edərək Şin  kəndinə təbii qazın verilməsini, məktəbə əlavə inverntar və avadanlıqların alınmasını, kənddə yeni EATS quraşdırlmasını və əhalinin sürətli internetlə təmin edilməsini, kənd uşaq bağçası və tibb məntəqəsi üçün yeni binaların inşa olunmasına köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Azərbaycan Respublikası Prezidentinin  Administrasiyasının məsul işçisi Rüfət Əliyev sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılıb qanunamüvafiq tədbirlərin görüləcəyini bildirmişdir.

Keçidlər