Şəkinin Aşağı Layısqı kəndində səyyar qəbul keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 9-da Şəkinin Aşağı Layısqı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Kənd sakinləri İbrahim Əkbərov, Cahangir Mahmudov, Novruz Cəfərov və başqaları çıxış edərək Aşağı Göynük tam orta məktəbinin içməli su ilə təmin olunmasına, Aşağı Layısqı kəndinə təbii qazın verilməsinə, Abbas kəndinin mərkəzi yolunun 3 km hissəsinə asfalt örtüyünün çəkilməsinə, kəndin “Mərdanlar” adlı məhəlləsində 3 km çınqıl örtüklü yolun leysan yağışları səbəbli tez-tez yararsız hala düşdüyündən əsaslı təmir olunmasına köməklik göstərilməsini və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.