Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Şəki Regional Ədliyyə Şöbəsində tədbir keçirilmişdir

01 may 2013 | 15:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə 30 aprel  2013-cü il tarixdə  Şəki Regional Ədliyyə şöbəsində regionun ədliyyə işçilərinin iştirakı ilə tədbir keçirilmişdir.
   Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin Şəki Regional Ədliyyə Şöbəsinin inzibati  binasındakı büstü önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər.
   Tədbiri giriş sözü ilə Şəki Regional Ədliyyə şöbəsinin rəisi  Rəhman Məmmədov  açmışdır. Sonra “Heydər Əliyev Azərbaycanın müasir məhkəmə  hüquq sisteminin qurucusudur” mövzusunda məruzə dinlənilmiş, çıxışlar olmuşdur. Məruzə və çıxışlarda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri vurğulanmış, Heydər Əliyev ideyalarına daim sadiq qalınacağı və  onun əziz xatirəsinin hər zaman ehtiramla yad ediləcəyi qeyd olunmuşdur.

Keçidlər