Şəkinin Vərəzət kəndində səyyar qəbul keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 30-da Şəkinin Vərəzət kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Kənd sakinləri Ələkrəm Məmmədov, Qərənfil Yəhyayeva, Nurməmməd Məhərrəmov və başqaları çıxış edərək kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, Vərəzət kənd tam orta məktəbinin həyətindəki köhnə məktəb binasının əsaslı təmirinə, kənddə uşaq bağçası olmadığından yeni məktəbəqədər tərbiyə müəssisəsinin yaradılmasına, pay torpaqlarına gedən yolun qum-çınqıl daşınaraq hamarlanmasına köməklik göstərilməsini və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.