Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ulu öndərimiz Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Kitab bayramı keçirilmişdir

02 may 2013 | 15:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində aprelin 30-da Şəki şəhərində “Müstəqil Azərbaycan dövlətinin memarı” adlı Kitab bayramı keçirilmişdir.
   Şəhər rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələri və kitabsevərlərin iştirak etdiyi tədbirdə çıxış edənlər mədəniyyətimizin hamisi kimi tanınan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamış, kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmişlər.
   Bildirilmişdir ki, Ulu Öndərin bütün həyatı kitabla bağlı olmuşdur. O, dönə-dönə xatırladırdı ki, kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Kitabxanaların xalq, millət, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyi olduğunu bildirən ümummilli liderimiz deyirdi ki, hər birimiz, ilk növbədə, ancaq kitab vasitəsi ilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq, ona görə də kitaba hər daim borcluyuq.
   Bayram tədbirində şəhərdəki 3 saylı uşaq musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Sonra bayram iştirakçıları parkda Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən təşkil olunmuş “Heydər Əliyevin ideya-nəzəri irsi”, “Tarixi yaradan şəxsiyyət”, “Prezident İlham Əliyev ümummilli liderin siyasi kursunun layiqli davamçısıdır”, “Şəki-diyarım mənim”, “AMEA Şəki Regional Elmi Mərkəzinin nəşrləri”, “Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı”, “Elektron nəşrlər” və digər mövzularda sərgilərlə yaxından tanış olmuşlar.

Keçidlər