Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun 100 illiyi münasibətilə Şəki şəhərində konfrans keçirilib

30 sentyabr 2018 | 11:09

Azərbaycan Prokurorluğunun 100 illiyi münasibətilə sentyabrın 29-da Şəki şəhərində ”Azərbaycan Prokurorluğu və Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.
    Əvvəlcə rayon rəhbərliyi, Şəki rayon prokurorluğun əməkdaşları və ictimaiyyətin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini etiramla anıblar.
     “Marxal” müalicə-istirahət kompleksində keçirilən konfransı Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov açaraq Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illik yubileyi və 01 okytabr  - Prokurorluq işçilərinin peşə bayramı münasibətilə butün prokurorluq əməkdaşlarını təbrik edib. 
     Bildirilib ki, 1918-ci il oktyabrın 1-də Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə əsası qoyulmuş milli prokurorluq orqanları mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçib.
      Qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə prokurorluq orqanlarının statusunda köklü dəyişikliklər baş verib. Kadr siyasətində ciddi dönüş yaradılıb, şəffaflıq təmin edilib, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülüb, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilib, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artib və onun nüfuzu yüksəlib..
     Vurğulanıb ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına dövlət qayğısı və diqqət ən yüksək səviyyədədir.
     Sonra konfransda Şəki rayon prokuroru, baş ədliyyə müşaviri Elmar Camalovun        məruzəsi dinlənilib, çıxışlar olub.
      Məruzə və çıxışlarda qeyd olunub ki, vaxtilə ulu öndər Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin prokurorluq işçilərinin əməyinə verdikləri yüksək qiymət hər bir prokurorluq işçisində xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi və iftixar hissi yaradır və onları öz fəaliyyətlərinə daha tələbkar, məsuliyyətlə yanaşmağa səfərbər edir.
     Sonra Şəki şəhərində ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində yüksək peşəkarlıq göstərərək fərqləndiklərinə görə Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illik yubileyi münasibətilə Şəki rayon prokurorluğunun əməkdaşları Şəki Şəhər İcra hakimiyyətinin başçısı tərəfindən Fəxri Diplomla təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
      Konfrans Şəki Dövlət Regional Kollecinin və şəhər 3 №-li uşaq musiqi məktəbinin kollektivlərinin təbriki ilə başa çatıb.

Keçidlər