Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 25 çoxmənzilli binanın dam örtüyü təmir olunacaq

10 oktyabr 2018 | 08:10

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 4 oktyabr tarixli Sərəncamının icrası olaraq, Şəki şəhərində 25 ədəd çoxmənzilli binanın dam örtüyünün təmir edilməsi nəzərdə tutulur. Üç, dörd və beş mərtəbədən ibarət olan bu binaların dam örtüklərinin ümumi sahəsi 30 min 150 kvadratmetrdir. Təmir işlərinə 1 milyon 775 min 76 manat vəsait sərf olunacaq.
Dam örtüklərinin təmirinə yaxın günlərdə başlanılacaq.
Şəhər Mənzil İstismar Sahəsindən verilən məlumata görə, hazırda Şəki şəhərində 81 ədəd çoxmənzilli bina var. Son 3 ildə bu binaların 15-nin dam örtüyü müxtəlif maliyyə mənbələri hesabına təmir olunub.

Keçidlər