Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Böyük Dəhnə kəndində səyyar qəbul keçirilib

12 oktyabr 2018 | 00:10

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 10-da Şəkinin Böyük Dəhnə  kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri ilə yanaşı Azərbaycan  Respublikası  Prezidenti  Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak edib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat verib.
Kənd sakinləri Gülyanaq Qarayeva, Həcər Qocayeva, Elman Kərimli,n Ruhangiz  Fərziyeva, Məmləkət Əbdürəhimova və başqaları çıxış edərək Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin, kənd klubunun və uşaq bağçasının binalarının əsaslı təmirinə köməklik göstərilməsi, kəndin cənub  hissəsində içməli su probleminin həlli, həkim məntəqəsinin açılışı ilə bağlı işlərin  sürətləndirilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib, sonra qarşıda duran vəzifələr barədə danışıb.

Keçidlər