Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Şəkidə səfərdə olan italiyalı ekspertlərlə görüşüb
Oktyabrın 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə səfərdə olan İtaliyanın IPOGEA Mədəni İrs Araşdırma Mərkəzinin ekspert əməkdaşları olan Niccolo Robucci və Panaiotis Krukludislə görüşüb.
Qeyd edək ki, ekpertlər YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək üçün ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya üzrə müvafiq sənədlər toplusunun yekun variantını hazırlamaq üçün Şəki şəhərinə səfər etmişlər.
Görüş zamanı ekspertlər YUNESKO-nun Ümumdünya İrs Komitəsinin qərarının icrası ilə bağlı görülmış işlərdən razı qaldıqlarını bildiriblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcəyinə ümid etdiyini bildirib.