Şəkinin Bideyiz kəndində səyyar qəbul keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 18-də Şəkinin Bideyiz kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlərdən söz açıb, qarşıda duran mühüm məsələlərə toxunub
Kənd sakinləri Nazim Qaffarov, Fikrət Məmmədov, Rafiq Xasıyev və başqaları çıxış edərək Şəki-Oğuz şose yolundan Bideyiz kəndinə gələn yolun yararsız vəziyyətdə olan 700 metrlik hissəsinin əsaslı təmir olunmasını, kəndin mərkəzi su xətlərinin əsaslı təmirinə köməklik göstərilməsini, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi və əlavə transformator quraşdırılmasını və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.