Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏKİ MƏZUNLARI BÖYÜK UĞURLAR ƏLDƏ ETMİŞDİR

30 avqust 2012 | 15:00

Şəkidə ümumtəhsil məktəblərini bitirmiş məzunlar, ali məktəblərə builki qəbul imtahanlarında da yüksək nəticələr əldə etmişlər.

Şəhər təhsil şöbəsindən verilən məlumata əsasən bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 1.166 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd vermiş, onlardan 563 nəfəri tələbə adını qazanmışdır.Sevindirici haldır ki, qəbul imtahanlarında məzunlardan 112 nəfəri 500 baldan yüksək, o cümlədən 35 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Bu, rayonun tarixində ən yüksək göstərici hesab olunur. Vərəzət kənd tam orta məktəbin məzunu İlham Nizamov qəbul imtahanlarında hamıdan çox - 696 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. Şəhər 17 nömrəli tam orta məktəbin məzunu Fəxriyyə Rəsulzadə 692, Şəki kənd tam orta məktəbin məzunu Nuranə Novruzova isə 685 bal toplamışlar.

Keçidlər