Şriftin ölçüsü :

Saytın rəngi :

Veloyürüşün iştirakçıları Şəkidə yüksək coşğu və qonaqpərvərliklə qarşılanmışlar

04 may 2013 | 15:00

Mayın 3-də Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq “Tour d`Azerbaidjan” veloyürüşünün üçüncü mərhələsi keçirilmişdir.
     Veloyürüşün bu mərhələsi Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə (165 km) həyata keçirilmişdir. Şəki-Oğuz yolu boyu yerləşən yaşayış məntəqələrinin, həmçinin şəhərimizin sakinləri, gənc qız və oğlanlar əllərində dövlət bayrağımız və gül-çiçək veloyürüş iştirakçılarını salamlamışlar. Veloyürüşün iştirakçıları Şəki şəhərində - N.Nərimanov, A.Məmmədov, S.Rəhman küçələri, M.Ə.Rəsulzadə prospekti, Oğuz şossesi marşrutu üzrə hərəkət etmişlər.
     165 km məsafəni qət edən ilk idmançı Vitali Popkov olub. Ukraynanın “İSD” komandasının üzvü bütün rəqiblərini arxada qoyub.  Qəbələyə qayıdan 2-ci velosipedçi isə Stiq Breyks olub. Belçikanın “Lotto-Belisol” komandasının üzvü yalnız Vitalidən geri qalıb. Fəxri kürsüdə Azərbaycanın “Synergy Baku Cycling Project” komandası da təmsil olunub. İlk mərhələnin qalibi olan Kristofer Şvaytser bu dəfə 3-cü yerlə kifayətlənib.
     Xatırladaq ki, “Tour d`Azerbaidjan” veloyürüşü mayın 5-dək davam edəcəkdir. Turnirdə qələbə uğrunda 25 komanda, o cümlədən 17 qitə komandası, 2 klub komandası və 6 yığma komanda mübarizə aparır. Hər komandaya 6 yürüşçü daxildir.

Keçidlər