Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Şəkinin Öryət kəndinin sakinləri ilə görüşüb

07 noyabr 2018 | 01:11

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 5-də Şəkinin Öryət kəndinin sakinləri ilə görüşüb.
   Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
   Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının Şəkiyə son səfərindən danışıb, qarşıda duran mühüm məsələlərə toxunub.
    Kənd sakinləri Kərəm Mahmudov, Rauf Xəlilov, Nazim Müslümov və başqaları çıxış edərək kəndin ərazisində mövcud olan yararsız elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi, kənddə tibb məntəqəsi açılması, kəndin ərazisində EATS quraşdırılması və sair məsələləri xahiş etmişlər.
    Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər