Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının Şəki şəhərinə səfərinin yekunlarına həsr olunmuş yığıncaq keçirilib

08 noyabr 2018 | 01:11

Noyabrın 7-də Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin Şəki şəhərinə 29 oktyabr 2018-ci il tarixli səfərinin yekunlarına həsr olunmuş yığıncaq keçirilib.
    Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
    Yığıncaqda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının şəhərimizə etdiyi səfərlərdən bəhs edib,  Şəki ilə  bağlı imzaladığı Sərəncamlar, açılışı olan obyektlər barədə məlumat verib, cənab Prezidentin son səfəri zamanı obyektlərin açılış üçün hazırlanmasında, rayon ərazisində təmizlik, abadlıq işlərinin aparılmasında, tərtibat, təkilati işlərdə əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.
   Qeyd olunub ki, Şəkidə son müddət görülən işlər ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib.
    Yığıncağın sonunda qarşıda duran məsələlərə toxunulub.

Keçidlər