Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

09 noyabr 2018 | 12:11

Noyabrın 8-də Şəki şəhərindəki Bayraq Meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
     Şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, gənclərin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
    Sonra şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri Bayraq Muzeyini ekskursiya ediblər.
   Tədbirin rəsmi hissəsində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
     Bildirilib ki, millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olan üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub. Bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi Dövlət bayrağı elan edilib.
     Qeyd olunub ki, ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Dövlət Bayrağı Günü”nün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi bayram edilir.
    Bildirilib ki,  Şəki şəhərində də dövlət bayrağına yüksək ehtiram nümunəsi olaraq - Bayraq Meydanı və Bayraq Muzeyi inşa olunub. Bayraq Meydanında dirəyinin hündürlüyü 72,4 metr olan Azərbaycan bayrağı ucaldılıb. Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəkiyə səfəri çərçivəsində Bayraq Muzeyinin açılışı olub.
    Sonra tədbir bədii hissə ilə davam edib.

Keçidlər