Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Şəkinin Baş Layısqı kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 15-də Şəkinin Baş Layısqı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov son dövrlər Şəkidə görülmüş işlərdən danışıb, qarşıda duran mühüm məsələlərə toxunub.
Kənd sakinləri Bəxtiyar Məmmədov, Güloğlan Səlimov, İxtiyar Məmmədov və başqaları çıxış edərək kənddə iki ədəd subartezian quyusunun qazılması, Baş Layısqı və Cunud kənd tam orta məktəblərinin əsaslı təmirinə köməklik göstərilməsi, Cunud və Qumux kəndlərinə təbii qazın verilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.