Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəki şəhərini təmsil edən iştirakçılar yola salınıblar

19 noyabr 2018 | 08:11

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəki şəhərini təmsil edən iştirakçılar yola salınıblar.
     Şəhər rəhbərliyi və tur-aksiyasına qoşulacaq Şəki məktəbliləri Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
    Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında bu münasibətlə keçirilən yığıncaqda Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
      Yığıncaqda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, artıq beşinci ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
     Bildirilib ki, növbəti, onuncu tur-aksiyanın birinci mərhələsi artıq başa çatıb. Bu mərhələ çərçicəsində ölkəmizin şimal-qərb bölgəsinə ekskursiya edən Cəbrayıl, Cəlilabad, Qubadlı, Saatlı və Sabirabad rayonlarının məktəbliləri noyabrın 15-də, Biləsuvar, Hacıqabul, Kürdəmir, Zərdab və Ucar rayonlarının məktəbliləri isə nayabrın 16-da Şəki şəhərinin tarixi yerlərinə ekskursiya ediblər.  Tur-aksiyanın ikinci mərhələsi 18-21 noyabr 2018-ci il tarixlərində baş tutacaq. Bu mərhələ çərçivəsində Şəki şəhərindən olan 45 nəfər məktəbli Quba - Qusar - Xaçmaz marşrutu üzrə tur-aksiyaya qoşulacaqlar.
     Yığıncaqda Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərindən, Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafından, həyata bəhs olunub, Şəki şəhərində son illər görülmüş işlər barədə məlumat verilib.
Yığıncaqda çıxış edən Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova tur-aksiyaların mahiyyəti, onların gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində rolu barədə danışıb.
      Daha sonra şəhər ziyalıları adından Bəkir Xəlilov, valideyn Elnarə Həsənova  çıxış edərək şagirdlərə yaradılan şəraitə görə ölkə başçısna minnətdarlıqlarını ifadə ediblər.
       Yığıncağa yekun vuran şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov məktəblilərə xoş arzularını bildirib və yaxşı yol arzulayıb.

Keçidlər