Şəkinin Çayqaraqoyunlu kəndində səyyar qəbul keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 22-də Şəkinin Çayqaraqoyunlu kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Rüfət Əliyev, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərən, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Qərib İsayev, Məmməd İsrafilov, Əsfər Bayramov və başqaları çıxış edərək Çayqaraqoyunlu kənd tam orta məktəbinin əsaslı təmiri, kəndin ərazisində mövcud olan yararsız elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi, biçin vaxtı taxılın vaxtında yığılması üçün əraziyə əlavə kombayn verilməsi, kənd təsərrüfatı məhsulları istehslçılarının səpin vaxtı güzəştli mineral gübrə ilə təmin olunmasına köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.