Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonunda 65,5 min hektar sahəyə taxıl səpilib

20 dekabr 2018 | 07:12

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini başa çatıb. Kampaniya dövründə fermerlər 44 min 660 hektarı buğda, 20 min 840 hektarı arpa olmaqla, 65 min 500 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, bu il səpin kampaniyasına 200-dən çox şum traktoru, 105 taxılsəpən aqreqat, 400-dək traktor, qoşqu, mala və digər texnika cəlb edilib. Səpin zamanı yerli toxumçuluq təsərrüfatlarının istehsal etdiyi 14 min tona yaxın yüksək reproduksiyalı buğda və arpa toxumundan istifadə olunub.

Keçidlər