Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bir təhsil müəssisəsinin yeni tikilmiş korpusunun və iki təhsil müəssisəsinin əsaslı təmirdən sonra açılışı olmuşdur

07 may 2013 | 15:00

06 may 2013-cü il tarixdə Şəki şəhər 10 №-li tam orta məktəbin yeni tikilmiş korpusunun açılış mərasimi olmuşdur.
    900-ə yaxın şagirdin təhsil aldığı və 150-yə yaxın müəllimin çalışdığı həmin təhsil ocağının yeni korpusunun açılışında şəhər rəhbərliyi, təhsil işçiləri ilə yanaşı, Milli Məclisin deputatı Yaqub Mahmudov da iştirak etmişdir.
   Tədbiri giriş sözü ilə açan şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova ötən il “İlin məktəbi” adını qazanmış bu təhsil müəssisəsinin nəaliyyətlərindən danışmışdır. Yeni korpus haqqında məlumat verən S.İsmayılova qeyd etmişdir ki, ümumi sahəsi 360 m2 olan binanın birinci mərtəbəsində 108 yerlik yeməkxana, ikinci mərtəbəsində 132 yerlik akt zalı, üçüncü mərtəbəsində isə idman zalı yerləşir.
   Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və  Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, bu əlamətdar hadisə münasibətilə məktəb kollektivini və şagirdləri təbrik etmişlər.
    Sonra yeni korpusun açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, binaya baxış keçirilmişdir.
   Həmin gün, həmçinin, Şəki şəhər fizika-riyaziyyat və humanitar təmaüllü liseyin və  şəhər  8 №-li tam orta məktəbin əsaslı təmirdən sonra açılışları olmuşdur.

Keçidlər