Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dövlət Dram Teatrı qış tətili günlərində uşaqları yeni tamaşa ilə sevindirir

03 yanvar 2019 | 02:01

Şəki Dövlət Dram Teatrı Yeni il bayramı münasibətilə azyaşlı uşaqlar və məktəblilər üçün “Qar qız, qar dənəsi və dəniz quldurları” adlı nağıl-tamaşa hazırlayıb. Məqsəd qış tətili günlərində uşaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dekabrın 29-dan etibarən azyaşlı uşaqlar və məktəblilər üçün hər gün 3-4 seans olmaqla tamaşa nümayiş etdirilir. Uşaqlara təqdim olunan nağıl-tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, rəssamı Nicat Məmmədli, geyim üzrə rəssamı Sahib Əhmədli, musiqi tərtibatçısı Zeynəb Orucova, rəqslərin quruluşu isə Çingiz Novruzəliyevindir.
Tamaşada əsas rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Rəhim Qocayev, aktyorlar Rəsul Məmmədrəhimov, Fidan Xəlilova, Nazilə İmaməliyeva, Xəyal Salahov, Lalə Məmməd və başqaları ifa edirlər.
Teatrda Yeni il şənlikləri yanvarın 7-dək davam edəcək.

Keçidlər