Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə taxıl əkini sahələri 906 hektar artıb

09 yanvar 2019 | 07:01

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün 68 min 68 hektar sahəyə taxıl səpilib. Taxıl sahələri əvvəlki illə müqayisədə 906 hektar artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Baş məsləhətçi bildirib ki, taxıl əkinlərinin 45 min 962 hektarını buğda, 22 min 106 hektarını arpa sahələri təşkil edir.
Xatırladaq ki, ötən il şəkili fermerlər 67 min 162 hektar taxıl sahəsindən 220 min 847 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb. Taxıl istehsalı 2017-ci illə müqayisədə 7 min ton artıb.

Keçidlər